Türkiyəli voleybolçu və gözəl xanım Azərbaycanda ilk müsahibəsini verdi!
Bildiyiniz kimi, “Rabitə” Voleybol Klubu ötən mövsümdə olduğu kimi iddiasını saxlamaq və ən ciddi hədəflər uğrunda mübarizə aparmaq niyyətindədi. Bu səbəbdən də paytaxt təmsilçimiz heyətini gücləndirməkdə davam edir. Azərbaycan voleybolu tarixində ilk dəfə FİVB klublararası dünya çempionatında, habelə Avropa Çempionlar Liqasında mübarizə aparacaq klubumuzun Türkiyə yığmasının üzvü, karyerası ərzində “Vakıfbank”, “Fənərbaxça”, “Beşiktaş”, “Karşıyaka” kimi komandaların şərəfini qorumaqla yanaşı, 275 dəfə Türkiyə millisinin heyətində meydana çıxmış Pelin Çeliklə rəsmi müqaviləyə imza atılması da buna xidmət edir.
“Vakıfbank”la Türkiyə çempionluğu yaşamış və 2 dəfə Çempionlar Liqasının finalında oynamış bu gözəl xanım artıq Bakıdadı. Dünən paytaxtımıza təşrif buyuran voleybolçu dəyərli vaxtından kiçik bir hissəsini “Rekord.az” üçün ayırmağa razılıq verdi. Qeyd etdiyimiz kimi, güclü voleybolçu olmaqla yanaşı, həm də gözəl xanım olan Pelin Çeliklə etdiyimiz bu qısa söhbəti sizə təqdim edirik:
- Əvvəlcə ilk duyğularınızı bilmək istərdim…
- Öncəliklə ilk dəfə Türkiyə xaricinə transfer olunduğumu söyləyim. Amma ilk gəldiyim andan, hətta gəlməzdən öncə çox diqqətcil və peşəkar bir komandaya gəldiyimi anladım. Klubda çalışanlardan komanda yoldaşlarıma qədər hamısı mənə kömək etməyə çalışırlar. Azərbaycan bizim qardaş ölkəmizdi. Ona görə də çox çətinlik çəkəcəyimi düşünmürəm. Ayrıca, çox güclü və çox böyük hədəfləri olan, çox yaxşı texniki heyət və oyunçulara sahib olan bir komandaya gəldiyim üçün də çox xoşbəxtəm.
- “Rabitə”yə gəlişiniz necə alındı? Təklifi nə vaxt aldız və qərar verməniz nə qədər zamanınızı aldı?
- Bundan 2-3 həftə öncə təklif aldım. Bütün xırdalıqları danışmağımız bir-iki gün çəkdi. Çox da düşünmədən qəbul etdim.
- Ailənilə bunu müzakirə etdinizmi? Nə dedilər?
- Əlbəttə, bu, hamılıqla verilən bir qərardı. Mənə, Bakıya gəlmyim üçün dəstək oldular, Çünki nə qədər gözəl və güclü bir komandaya gəldiyimi onlara anlatdım.
- Burdakı yeni komanda yoldaşlarınızdan kiminlə öncədən tanış idiz?
- Az qala hamısına qarşı Türkiyədə rəqib olmuşam.
- “Rabitə”yə gələrək nələrə nail olmaq istəyirsiz? İlk hədəf Çempionlar Liqasıdı?
- İlk hədəf Qətərdəki dünya çempionatıdı. Hazırda bütün çalışmalarımızı bunun üçündü. Tək hədəfimiz isə çempionluqdu!
- Dünya çempionluğunu qazanmaq şansımız nə qədərdi?
- Ordakı hər komanda qədər.
- Son suallarım. Bakını bəyəndinizmi və Azərbaycan idman və voleybol camiəsinə sözünüz və təmənnanız nədir?
- Bakıya hələ yeni gəlmişəm, amma ən son 2006-cı ildəki gəlişimdən bəri çox dəyişib və çox inkişaf edib. Məni bu qədər isti qarşıladıqları üçün hərkəsə təşəkkür edirəm. Hamıdan həm mən, həm də komandama yardım və dəstəklərini gözləyirəm.